Türkiyədə koronavirusa yoluxanların sayı artır

  • 2020.09.22 20:40
  • 3727 Baxış
Türkiyədə koronavirusa yoluxanların sayı artır
Türkiyədə son sutka ərzində koronavirusdan 65 nəfər dünyasını dəyişib, 1 692 nəfər isə virusa yoluxub.

Medicina.az xəbər verir ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 7 639-a, yoluxanların sayı isə 306 302-yə yüksəlib.

Son 24 saat ərzində 1261 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb. Ümumilikdə sağalan xəstə sayı 269 696-ya çatıb.