Türkiyədə koronavirusdan daha 55 nəfər öldü

  • 06 Okt 2020 23:32
  • 18243 Baxış
Türkiyədə koronavirusdan daha 55 nəfər öldü
Türkiyədə son sutka ərzində 55 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.

Medicina.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca məlumat yayıb.

Nazir bildirib ki, bununla pandemiya qurbanlarının sayı 8553 nəfərə çatıb. Virusa yoluxanların sayı isə 1551 nəfər artaraq 327 557-yə yüksəlib.

Türkiyədə indiyədək 2287 599 xəstə sağalaraq evə buraxılıb.