Türkiyədə koronavirusla bağlı son vəziyyət

  • 2020.08.13 00:47
  • 1895 Baxış
Türkiyədə koronavirusla bağlı  son vəziyyət
Türkiyədə son sutka ərzində 18 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.

Medicina.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin sözlərinə görə, daha 1212 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 5891, virusa yoluxanlar isə 244 min 392 nəfərə çatıb.

Türkiyədə indiyədək 227 min 89 pasiyent (son sutkada 934 nəfər) sağalaraq evə buraxılıb.