Türkiyədə koronavirusla bağlı son statistika

  • 2020.08.14 22:13
  • 2688 Baxış
Türkiyədə koronavirusla bağlı  son statistika
Türkiyədə son sutka ərzində daha 22 nəfər koronavirusdan ölüb.

Medicina.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 5 934 nəfərə çatıb:

"Bu gün ölkədə 70 192 şübhəli koronavirus testindən keçib, onlardan 1226-nın cavabı pozitiv çıxıb.
Bununla da yoluxanların ümumi sayı 246 861 nəfərə çatıb. Müalicə olunan 923 xəstə isə bu gün evə buraxılıb. Bununla ölkədə koronavirusdan sağalanların sayı 228 980 nəfərə çatıb".