Türkiyədə koronavirusla bağlı son vəziyyət

  • 18 Sen 2020 21:28
  • 1356 Baxış
Türkiyədə koronavirusla bağlı  son vəziyyət
Türkiyədə son sutka ərzində daha 62 nəfər koronavirusdan dünyasını dəyişib.

Medicina.az xəbər verir ki, bu barədə Türkiyə Səhiyyə Nazirliyinin açıqlamasında deyilib.

Bununla da qardaş ölkədə COVİD-19 virusundan ölənlərin ümumi sayı 7 min 377-yə çatıb.

Türkiyədə indiyədək 299 min 810 nəfər koronavirusa yoluxub.