Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Türkiyədə koronavirusla bağlı son statistika

  • 2021.03.05 00:09
  • 1876 Baxış
Türkiyədə koronavirusla bağlı son statistika

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 68 nəfər vəfat edib.

Medicina.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyinin paylaşdığı son statistika açıqlamada qeyd olunub.


Son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 11 322 nəfər COVID-19 infeksiyasına yoluxub.

Gün ərzində yeni növ koronavirusdan sağalan xəstələr 7873, ağır xəstələr isə 1220 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 2 746 158 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 601 137 nəfər sağalıb, 28 839 nəfər isə həyatını itirib.