Türkiyədəki 45 azərbaycanlı həkim dəstək üçün Vətənə gəldi - FOTOLAR

  • 2020.10.11 13:15
  • 9681 Baxış
Türkiyədəki 45 azərbaycanlı həkim dəstək üçün Vətənə gəldi  - FOTOLAR
Azərbaycanlı Həkimlər Dərnəyinin təşəbbüsü, Azərbaycanın Türkiyədəki Səfirliyinin və TƏBİB-in dəstəyi ilə Türkiyədə çalışan 43 azərbaycanlı həkim və 2 tibb bacısı könüllü olaraq hərbçilərimizə tibbi xidmət göstərmək üçün ölkəmizə gəlib.

Qaynarinfo-nun məlumatına görə, azərbaycanlı həkim heyəti Ankaranın Esenboğa Hava Limanından yola salınıblar.


Türkiyə, Almaniya və ABŞ-da təhsil alan azərbaycanlı həkimlərin və Türkiyədəki həmvətənlərimizin dəstəyi ilə toplanan ianələrlə 2 tona yaxın tibbi ləvazimat da ölkəmizə gətirilib.