Türkiyənin hazırladığı kovid vaksininə icazə verildi

  • 2021.12.22 17:00
  • 1601 Baxış
Türkiyənin hazırladığı kovid vaksininə icazə verildi
Türkiyədə COVID-19-a qarşı hazırlanmış “TurkoVac” peyvəndi təcili istifadə üçün təsdiqlənib.

Medicina.az xəbər verir ki, vaksinin Ankara və İstanbul şəhərlərində yerləşən mərkəzlərdə istehsal olunacağını qeyd edib.

Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca canlı yayımda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sualını cavablandırarkən “TurkoVac” vaksininin növbəti həftənin sonlarından etibarən kütləvi istifadəsinə başlanılacağını əlavə edib.

Nazir bildirib ki, vaksinlə bağlı tədqiqatlar 1 həftə-10 gün ərzində tamamlanacaq və növbəti həftənin sonundan etibarən başda şəhər xəstəxanaları olmaqla kütləvi istifadəyə təqdim ediləcək.