Türkiyənin səhiyyə naziri instagramda Ərdoğanı geridə qoydu - 7,6 milyon

  • 2020.04.27 16:17
  • 1835 Baxış
Türkiyənin səhiyyə naziri instagramda Ərdoğanı geridə qoydu  -  7,6 milyon

Türkiyənin səhiyyə naziri Fahreddin Koca koronavirus pandemiyası ilə bağlı aktivliyi ilə sosial şəbəkələrdə izlənməkdə rekord vurub.

Belə ki, hər gün insanlara şəxsən açıqlama verən səhiyyə naziri instagramda izləyici sayına görə Türkiyənin bir nömrəli siması Recep Tayyib Ərdoğanı da keçib. İnstagram hesabında bu gün izləyicisi 7,6 milyon olan səhiyyə naziri Türkiyədə ən çox təqibçisi olan rəhbər fiqura çevrilib.

Halbuki 1 ay öncə nazirin səhifəsində 1 milyon izləyici belə yox idi. Nazirin koronavirusla bağlı çox aktiv olması və bütün məlumatları birbaşa səhifəsində paylaşması onu ölkənin sevimlisinə çevirib.