"Ucdantutma koronaviruslu xəstələrə plazma təyin etmək doğru deyil"- Məşhur pulmoloq Əlizamin Sadıqlı

  • 2020.06.29 19:35
  • 3544 Baxış
"Ucdantutma koronaviruslu xəstələrə plazma təyin etmək doğru deyil" -  Məşhur pulmoloq Əlizamin Sadıqlı

Hazırda İspaniyada qalan professor, tibb elmləri doktoru, Azərbaycan Tibb Universitetinin Pulmonologiya kafedrasının müdiri Əlizamin Sadıqov Azərbaycadakı həkim və xəstələrə uzaqdan da olsa yardımını, elmini əsirgəmir. O, Azərbaycanda koronavirusla mübarizəni izləyir və tezliklə özünün də bura qayıda bilib, xalqına kömək edəcəyi günü gözləyir.

Medicina.az xəbər verir ki. pulmonoloq kimi onun koronaviruslu xəstələrlə böyük təcrübəsi var. Əlizamin Sadıqov koronaviruslu xəstələrə plazma köçürülməsi və ailələrin təlaşla donor axtarması məsələsinə toxunub:

"Mən COVİD-19 pandemiyası zamanı xəstələrin müalicəsinə Azərbaycanda yanaşmalara öz mövqeyimi bildirmək istəyirəm.


Bu gün nələrin şahidi oluram: ucdantutma hamıya convalescent plasma təyin edilir, bu nə dərəcədə doğrudur? Bəlkə kiminsə elmi tədqiqat işidir?

Ona görə xəstələrin və ailələrinin problemlərini artırırlar.

Bu gün koronaviruslu xəstəyə yoluxub sağalmış şəxsin plazmasının köçürülməsinin effektivliyini sübut edən elmi kliniki tədqiqatlar yoxdur.

Hətta əgər bu terapiya Azərbaycanda məcburən xəstəyə tətbiq edilərsə, xəstəliyin başlanğıcından maksimum 5 gün keçənə qədər mümkün ola bilər. O zaman ki, həkim baxar ki, qanda virusun sirkulyasiya vardır və ya virusemiya vardır.

Bu gün xəstəxananın intensiv terapiya şöbəsində olan xəstəyə plazma tövsiyyəsi yanlışdır.

Ona görə ki, xəstəliyin başlanmasından onun reanimasiyaya gəlməsinə qədər ən azı 8-10 gün keçir.
Sual olunur, siz əminsizmi, orada qanda sirkulyasiya edən virus hələ də var ya yoxdur.

Plazma yalnız qanda sərbəst dolaşan virusları neytrallaşdırmaq üçündür.

Mən Azərbaycandakı reanimatoloqlara daha çox plasma exhance tövsiyə edərdim, nəinki convalescent plazmanı. Sitogen fırtınanı azaltmaq üçün".








Yazı “Zəka” Ziyalılar Məclisi İctimai Birliyinin Prezident yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra etdiyi
“COVİD-19 pandemiyası ilə bağlı əhaliyə tibbi və psixoloji informasiya dəstəyinin təşkili” layihəsi çərçivəsində hazırlanıb.