Uçuşa bir gün qalmış peyvənd vurmaq lazım deyil - TƏBİB

  • 2021.01.16 12:36
  • 1648 Baxış
Uçuşa bir gün qalmış peyvənd vurmaq lazım deyil -  TƏBİB

“Uçuşa bir gün qalmış peyvənd vurmaq lazım deyil. Bunu 1 ay öncədən etmək lazımdır”.

Medicina.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O qeyd edib ki, peyvənd iki dozadadır: “Ona görə də birinci dozada nəticə almaya bilərik. Odur ki, mütləq ikinci doza da vurulmalıdır. Hər bir peyvənd mütləq qeydiyyat sisteminə düşəcək”.