Ukraynada 11 futbolçu koronavirusa yoluxdu

  • 03 Okt 2020 15:34
  • 31711 Baxış
Ukraynada 11 futbolçu koronavirusa yoluxdu

Ukraynanın "Krivbass" klubunda koronavirusa kütləvi yoluxma halı baş verib.

Medicina.az xəbər verir ki, komandanın baş məşqçisi Gennadi Prixodko "Metaratings" nəşrinə açıqlamasında 11 futbolçuda virus aşkarlandığını bildirib.

47 yaşlı mütəxəssis vurğulayıb ki, infeksiyaya yoluxanların 8-i əsas heyət üzvləridir.

Qeyd edək ki, "Krivbass" klubu 2020/2021 mövsümündən II liqada çıxış edir.