Ukraynada ağır yaralanan azərbaycanlı sürücü sağaldı

  • 30 İyn 2022 14:30
  • 564 Baxış
Ukraynada ağır yaralanan azərbaycanlı sürücü   sağaldı

Bu il fevralın 28-də Ukraynanın Xarkov şəhərində baş vermiş toqquşmalar zamanı ağır güllə yarası almış Azərbaycan vətəndaşı Samir Tahirov yaxın vaxtlarda vətənə qayıdacaq.


Medicina.az xəbər verir ki, bu barədə Azərbaycan B eynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) məlumat yayıb.

Məlumatda deyilir ki, S.Tahirov ilk olaraq Xarkov şəhər Balakleyskaya Klinik Xəstəxanasına yerləşdirilib. O, iki dəfə əməliyyat olunsa da, vəziyyəti kritik ağır kimi qiymətləndirilib. S.Tahirov martın 18-də humanitar dəhliz vasitəsilə, xüsusi təcili tibbi yardım avtomobili ilə Moldovaya təxliyyə edilib, bu ölkənin paytaxtı Kişinyovdakı xəstəxanalardan birinə yerləşdirilib.


O, əlavə iki cərrahi əməliyyat keçirib, həyati riski, yaralının daha peşəkar və ixtisaslaşmış tibb müəssisəsində yekun əməliyyat və müalicə olunması zərurəti nəzərə alınaraq, aprelin 1-də təcili tibbi yardım təyyarəsi ilə Türkiyənin paytaxtı Ankaraya aparılaraq Gülhanə Hərbi Tibb Akademiyasına yerləşdirilib. Türk həkimlərin səyləri nəticəsində S.Tahirov sağlamlığına qovuşub. Son həkim komissiyasının qərarından sonra onun ölkəyə gönərilməsi gözlənilir.



Sürücünun Türkiyəyə nəqli və müalicəsi xərclərini ABADA qarşılayıb.