Ürək damarlarınız niyə tutulur? - Stress təsir edir

  • 2022.09.08 15:37
  • 1835 Baxış
Ürək damarlarınız niyə tutulur?  - Stress təsir edir

Təzyiq problemi, şəkər xəstəliyi, yüksək xolesterin, siqaret, piylənmə, oturaq həyat tərzi, ailədə ürək xəstəliyi tarixçəsi ürək damarlarının tıxanmasına səbəb olur. Bunlardan neçəsi insanda varsa, damarın tutulma riski də o qədər yüksəkdir.



Medicina xəbər verir ki, ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev insanları bu mövzuda diqqətli olmağa çağırıb.

Damarları tutulmasına nə səbəb olur?


- Genetika. Ailədə ürək xəstəliyi anemnezi olan xəstələrdə damarın tutulma riski daha yüksəkdir;

- Şəkərin həddindən artıq istehlakı. Şəkər damarlarda iltihab yaradır. İltihablaşmış damarda xolesterin daha tez yığılmağa başlayır;

- Qalxanvari vəzinin funksiyasının azalması (hipotireoz). Maddələr mübadiləsi prosesləri zəifləyir ki, nəticədə qanda xolesterinin səviyyəsi artır;

- Uzunmüddətli xroniki streslər. Stres zamanı damarlar kəskin sıxılır. Zədələnmiş damarlarda xolesterinin yığılması riski yüksəkdir;

- Cinsi hormonların çatışmazlığı. Cinsi hormonlar xolesterindən sintez olunur. Xolesterin əvvəl qanda toplanır, daha sonra isə damarlarda yığılmağa başlayır;

- Siqaret çəkmək. Siqaret çəkən insanın damarları kəskin sıxılır ki, bu da onların zədələnməsinə səbəb olur. Zədələnmiş damarların tutulması riski artmış olur;

- Fiziki aktivliyin azalması (hipodinamiya). Hipodinamiya bir çox xəstəliklərin (şəkərli diabet, piylənmə və s.) və o cümlədən aterosklerozun riskini artırır;

- Yanlış qidalanma.

Tibbdə aterosklerozun konservativ müalicəsi lazımi effekt vermədiyindən cərrahi əməliyyata, və ya invaziv üsullarla müalicəyə önəm verilir. Lakin unutmayın ki, müalicələrlə yalnız nəticə aradan qaldırılır, səbəb olduğu kimi qalır.


Aygün Musayeva