Ürək əməliyyatlarında endoskopik damar çıxarma əməliyyatı yalnız “Baku Medical Plaza”da

  • 2022.06.30 14:45
  • 1703 Baxış
Ürək əməliyyatlarında endoskopik damar çıxarma əməliyyatı    yalnız “Baku Medical Plaza”da

Sinə sümüyü kəsilmədən həyata keçirilən ürək əməliyyatlarında artıq ayaqdakı damarlar da 2 santimetr kəsiklə endoskopik yolla çıxarılır. Ölkəmizdə yalnız “Baku Medical Plaza”nın mərkəz filialında icra olunan bu yeni metodla xəstənin daha tez sağalması təmin edilir.



Medicina.az xəbər verir ki, ürək-damar cərrahı - Uzm. Dr. Özgür Kocamaz: “Uzun müddətdir ki, klinikamızda ürək əməliyyatlarını qapalı üsulla, döş qəfəsi sümüyünü açmadan kiçik kəsiklərlə icra edirik. Kiçik kəsiklə edilən ürək əməliyyatları sağalma prosesi baxımından klassik üsuldan daha üstündür.

Artıq ürək əməliyyatlarında tətbiq etdiyimiz daha bir yeni metod da ayaq damarlarının endoskopik yolla çıxarılması texnikasıdır. Endoskopik üsulla ayaqda kəsiklər etmədən damar 1-2 santimetrlik giriş və kamera yardımı ilə çıxarılaraq bypass əməliyyatında istifadə edilir. Metodun riski çox aşağıdır. Xəstələr daha tez sağalır və gündəlik işlərinə qayıdırlar. Klassik üsulla 50-90 santimetr kəsiklərlə icra olunan əməliyyatlar yaranın gec sağalmasına, ayaqda infeksiyaya və ağrılara səbəb olurdu. Yeni üsulda isə sağalma ilə bağlı problemlər demək olar ki, yox dərəcəsinə enir, klassik üsulla əmələ gələn iri çapıq görüntüsü olmur və xəstə çox qısa müddətdə sağalıb sərbəst hərəkət edə bilir.

Klassik üsulla həyata keçirilən standart ürək əməliyyatlarında, bütün döş qəfəsi sümüyünün təqribən 20 santimetr kəsildiyini və ən azı bir ayağın təqribən 50 santimetr damar hazırlığı üçün kəsilir. Bu cərrahi çapıqlar psixoloji travmaya səbəb ola bilər. Bir çox fiziki üstünlükləri ilə yanaşı, yeni metodun psixoloji üstünlükləri bu metodu günümüzün əvəzolunmazı edir.

Yeni metodla icra olunan qapalı ürək əməliyyatı və endoskopik damar çıxarılması ilə sağalma prosesi daha sürətlidir. Minimal invaziv bypass əməliyyatından sonra xəstə erkən dövrdə ayağa qalxa bilər. Ənənəvi əməliyyatdan sonra xəstələr uzun müddət arxası üstə uzanmalı olduqları halda minimal invaziv bypass əməliyyatından sonra asanlıqla istənilən vəziyyətdə uzana bilirlər, əllərini və qollarını tərpətməkdə heç bir problem yoxdur. Xəstəxanada 4-5 gün qaldıqdan sonra xəstə evə buraxılır və qısa müddətdə gündəlik həyatına və gündəlik işinə qayıda bilir.

Əməliyyatdan sonra xəstə təyyarəyə minə, maşın sürə və təhlükəsizlik kəməri taxa bilər. Görünən çapıq qalmır və xəstə çəkinmədən çimərliyə və üzgüçülük hovuza gedə bilir.

Əməliyyata müdaxilə üçün edilən kəsik kiçik olduğu üçün əməliyyatdan sonra infeksiya riski də çox azdır.

Əməliyyatdan sonra həm psixoloji, həm də estetik baxımdan xəstə özünü əməliyyat olunmamış kimi hiss edəcək.