Ürək tutması zamanı xəstəyə hansı dərmanı verməli?

  • 2022.11.03 15:41
  • 5107 Baxış
Ürək tutması zamanı xəstəyə hansı dərmanı verməli?

Evdə və ya ictimai yerdə ürək tutması baş verən xəstəyə təcili yardım gələnə kimi ilk yardım olunmalıdır.

"Medicina" xəbər verir ki, vaxtında edilən yardım və dərman həyat qurtara bilər.


Həkim kardioloq Anna Davıdova kəskin koronar sindromun əlamətlərini və ilk yardımı açıqlayıb.

Kəskin ürək tutmasının əlamətləri:

- Sinədə, döş qəfəsi arxasında, sol qabırğaaltında intensiv azalmayan ağrı
- Yandırıcı, qaynadıcı, parçalayıcı ağrı
- Ağrı sol ələ, sol çənəyə, boyuna verir
- Ürəkbulanma, qusma, tərləmə, təngnəfəslik

İlk növbədə təcili yardım çağırılır, xəstəni elə uzatmaq lazımdır ki, başı bədənindən hündürdə olsun.

Təzyiq ölçülür, pəncərələr açılır.

Təzyiq 140-dan yuxarıdırsa, xəstəyə təzyiq dərmanı da verilir.

Eləcə də xəstəyə dil altına sovurmaq üçün nitroqliserin verilir. Ondan sonra 2 tablet kardiomaqnil içilir.

5 dəqiqə sonra ağrı kəsmirsə, yenidən bir tablet nitroqliserin verilə bilər.

Ümumilikdə 2-3 tabletdən artıq olmaz. Təcili yardım gəlib, xəstəyə lazımi yardımı edir, siz onlara nə etdiyinizi deyirsiz.
Bundan sonra müalicə xəstəxanada aparılır".

Aygün Musayeva