Ürəktutmadan ölüm halları artır - Kardioloqdan xəbərdarlıq

  • 2025.12.17 20:38
  • 86 Baxış
Ürəktutmadan ölüm halları artır -  Kardioloqdan xəbərdarlıq

Bu gün bədii qiraətçi, professor, əməkdar artist Nadir Hüseynovun sükan arxasında olarkən ürəyi dayanıb və o, vəfat edib.

Bundan bir gün əvvəl isə Qaradağ rayonu, Korgöz qəsəbəsində yerləşən 197 saylı tam orta məktəbdə ibtidai sinif müəllimi 1979-cu il təvəllüdlü Sevda Həsənova məktəbdə ürək çatışmazlığından dünyasını dəyişib.

Ardıcıl baş verən bu iki hadisə ölkədə ürək-damar xəstəliklərinin kəskin hal aldığını bir daha gündəmə gətirib.



Mövzu ilə bağlı Bakupost.az-a danışan kardioloq Arzuman Talıbov bildirib ki, son zamanlar gənclər və orta yaşlı insanlar arasında ürək-damar xəstəlikləri, o cümlədən qəfləti ürək ölümü halları artmaqdadır:

“Ürək-damar xəstəlikləri içərisində qəfləti ölümə ən çox ürəyin işemik xəstəliyi (ÜİX), xüsusən onun kəskin təzahürü olan miokard infarktı səbəb olur. Buna oturaq həyat tərzi, qeyri-sağlam qidalanma (xüsusən sadə karbohidratlar, fast food qidalara üstünlük vermək), az yuxu, hipertoniya, siqaret, diabet, piylənmə, xüsusən qarın tipli piylənmə, stress kimi risk faktorları səbəb olur. Son zamanlar insulinə rezistentlik, metabolik sindrom, piylənmə, diabet, az yuxu, siqaret, elektron siqaret, qəlyan istifadəsi kimi risk faktorlarının gənclər arasında artması ürək xəstəliklərinin yaşını aşağı salır.

Cəmiyyətdə elektron siqaret və qəlyanın daha zərərsiz olduğu kimi yanlış fikirlər var. Amma tibbi fakt budur ki, həm elektron siqaret, həm də qəlyan ənənəvi siqaret qədər ürək-damar sistemi üçün zərərlidir”.