Kuzbassda ürək dayanması keçirən 43 yaşlı qadın klinik ölümdən sonra xilas edildi.
"Həkimlər möcüzə göstərdilər: xəstənin qan dövranı dayandıqdan 71 dəqiqə sonra ürəyini yenidən işə saldılar", - deyə regional qubernator İlya Seredyuk bildirib.
Medicina.az xəbər verir ki, Kuzbass sakini səhər tezdən qəfildənsinəsində ağrı və ürəkbulanma hiss etməyə başlayıb və qan təzyiqi kəskin şəkildə düşüb.
Kəskin infarkt və kardiogen şok keçirərək ağır vəziyyətdə təcili yardımla kardiologiya klinikasına yerləşdirilib.
Təcili yardım şöbəsində olarkən ürəyi dayanıb və klinik ölüm başlayıb. Kardioloqların sözlərinə görə, belə hallarda reanimasiya təxminən 30 dəqiqə davam edir. Bundan sonra onu xilas etmək şansı yoxdur.
Lakin həkimlər onun həyatı uğrunda mübarizəni davam etdirdilər.
"Həkimlər tez bir zamanda koronar angioqrafiya apardılar və sağ koronar arteriyanın tıxanmasını aşkar etdilər. Xəstəyə reanimasiya səylərini dayandırmadan stent qoyuldu", - deyə regional Səhiyyə Nazirliyi bildirib.
71 dəqiqədən sonra ürək cərrahları qan axınını bərpa edə bildilər və xəstənin ürəyi yenidən döyünməyə başladı.
"Ürək yenidən işə salındıqda, kardiogen şok, xaotik ürək ritmi və təkrarlanan qan dövranının dayanması riski hələ də mövcud idi. Ağır ürək-damar patologiyası olan xəstənin vəziyyətini sabitləşdirmək üçün təcili olaraq qanı pompalamağa kömək edən mexaniki qan dövranı dəstəkləyici nasos - ekstrakorporal membran oksigenasiyası tətbiq edildi."
Həkimlər əməliyyatı unikal adlandırırlar. Belə uzun bir reanimasiyadan sonra onun sinir sisteminin funksiyasını qoruya bildilər.
Artıq qadın yaxşı sağalır və xəstəxanadan çıxmağa hazırlaşır.
Aygün Musayeva