Moskvada həkimlər ürək döyüntüsü dəqiqədə 300 vuran bir xəstəni xilas etdilər.
“Medicina” xəbər verir ki, Yeremişantsev Xəstəxanasının həkimləri iki potensial ölümcül ürək ritm pozğunluğu olan bir kişini xilas etdilər.
Kardioloqların sözlərinə görə, xəstə təxminən dörd ildir ki, sürətli ürək döyüntüsü epizodları yaşayırdı, lakin son vaxtlar onun ürək döyüntüsü 300-ə qədər artıb. Diaqnoz zamanı kişiyə qulaqcıqların fibrillyasiyası və WPW sindromu diaqnozu qoyulub.
Həkimlər qeyd ediblər ki, bu patologiyalarla "bu cür xəstələrdə qulaqcıq fibrillyasiyası həyatla uyğun olmayan mədəcik fibrillyasiyasına çevrilə bilər".
"Bu aritmiya üçün yeganə radikal müalicə bu anormal əzələ lifinin kateterlə kauterləşdirilməsidir. Prosedura lokal anesteziya altında aparılır və təxminən 30-40 dəqiqə davam edir.
Bu, xəstənin tam sağalmasına və sosial fəaliyyətə tam qayıtmasına gətirib çıxarır", - deyə A.K. Yeramişantsev adına Şəhər Klinik Xəstəxanasının aritmologiya xidmətinin rəhbəri Karapet Davtyan bildirib.
Aygün Musayeva