Ürəyinizin neçə yaşı var? - Evdə yoxla - TEST

  • 2026.04.10 16:06
  • 482 Baxış
Ürəyinizin neçə yaşı var?   - Evdə yoxla - TEST

Ürək tez qocalan orqandır, bəzən ürəyinizin yaşı ilə pasportdakı yaş uyğun olmaya bilər.

Medicina.az evdə ürəyin yaşını müəyyən etmək üçün testi təqdim edir.


1. Nəbz testi (ürəyin vəziyyəti)

Sakit halda (oturmuş vəziyyətdə) nəbzini ölç:
Normal: 60–80 vurğu/dəqiqə
80–90 → ürək bir az yüklüdür
90+ → ürək daha çox işləyir (risk siqnalı)

Daha aşağı və stabil nəbz = daha “gənc” ürək

2. Pilləkən testi

4 mərtəbə pilləkən qalx:
Əgər rahat qalxırsansa → ürək yaxşı vəziyyətdədir
Nəfəsin tez-tez kəsilirsə → ürək yaşı böyük ola bilər
Sinədə sıxılma varsa → mütləq həkimə müraciət et

3. Bərpa testi
Yüngül hərəkətdən sonra nəbzini ölç:
1 dəqiqə sonra normaya düşür → ürək gəncdir
Uzun müddət yüksək qalır → ürək yorğundur.

4. Bel çevrəsi yoxlaması

Qadınlarda: 80 sm-dən çox → risk artır
Qarın piylənməsi → ürək yaşını böyüdür

5. Nəfəs testi

Dərin nəfəs al və saxla:
30–40 saniyə rahat saxlayırsansa → yaxşıdır
20 saniyədən az → ürək-damar və ağciyər zəif ola bilər


Əgər cavabların “bəli”dirsə, ürək yaşı çoxdur.

Nəbz yüksəkdir
Pilləkəndə tez yorulursan
Bərpa gec gedir
Ürəyin yaşı real yaşından 5–10 il böyük ola bilər.

Aygün Musayeva