Uşağınız “anamla evlənəcəyəm” deyirsə, səbəbi budur

  • 2026.07.15 17:54
  • 98 Baxış
Uşağınız “anamla evlənəcəyəm” deyirsə,  səbəbi budur

Uşaqların müəyyən yaş dövründə ana və ya ataya xüsusi bağlılıq göstərməsi valideynləri narahat edə bilər. Psixologiyada bu hal “Edip kompleksi” kimi tanınır və uşağın inkişaf mərhələlərindən biri hesab olunur.

Medicina.az xəbər verir ki, bu anlayışı ilk dəfə psixoanalizin banisi Ziqmund Freyd irəli sürüb. Onun fikrincə, təxminən 3–5 yaş arası uşaqlar qarşı cinsdən olan valideynə daha çox yaxınlıq göstərə, digər valideyni isə rəqib kimi görə bilərlər.

Mütəxəssislər bildirirlər ki, uşağın “anamla evlənəcəyəm” və ya “atamla evlənəcəyəm” kimi sözlər deməsi normal inkişaf prosesinin bir hissəsi ola bilər. Bu dövrdə uşaqlar valideynlərdən sevgi və diqqət almağa çalışırlar.

Valideynlər isə uşağı danlamamalı, onun hisslərini kiçiltməməli, sadəcə ailədəki münasibətlərin sərhədlərini sakit şəkildə izah etməlidirlər.

Adətən bu mərhələ 7–8 yaşa qədər tədricən azalır. Uşaq zamanla valideynlərini rəqib kimi deyil, nümunə kimi qəbul etməyə başlayır və öz şəxsiyyətini formalaşdırır.

Xanım,
Medicina.az