Uşaq təsadüfən içki içərsə, nə etməli?

  • 2022.04.28 16:26
  • 4684 Baxış
Uşaq təsadüfən içki içərsə, nə etməli?

Əgər körpə və ya azyaşlı uşaq gözdən yayınıb alkoqollu içki içərsə, valideynlər hansı yardımı göstərməlidir?

Bakupost xəbər verir ki, pediatr Yeqor Qavruşkin uşağa bol maye, adi su verib, həkimə çatdırmağı tövsiyə edir.

Alkoqolun dozasından asılı olaraq, uşaq orqanizminə düşdükdə şəkərin səviyyəsini salır, intoksikasiya, qıcolma, psixoz yaradır.

Əgər içkinin dərəcəsi 4-5d-dən çox deyilsə, ciddi pozulmalar olmaya bilər.

Uşaqda nitqin pozulması, ürəkbulanma, qusma, yuxululuq əlamətləri olarsa, təcili həkimə çatdırılmalıdır.

Aygün Musayeva