Uşaq vaxtı vurulan peyvəndlər sayəsində orqanzm xəstəliklərdən qorunub - Səhiyyə rəsmisi

  • 2021.11.18 15:59
  • 1455 Baxış
Uşaq vaxtı vurulan peyvəndlər sayəsində orqanzm xəstəliklərdən qorunub -  Səhiyyə rəsmisi
“Bir çox xəstəliklər uşaq dövründə aşkarlanır. Onların vaxtında müalicəsi uşaqlar arasında əlilliyin yaranmasının, eləcə də ölüm hallarının qarşısının alınmasına yardım edir”.

Medicina.az xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Rahim Əliyev Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, son 10 ildə 700-ə qədər səhiyyə ocağı yenilənib. Onların böyük qismində uşaqların müalicəsinə yardımlar göstərilir.

Peyvəndləmə mədəniyyətindən danışan nazir müavini bildirib ki, son yüz illiyin ən böyük uğurlarından biri vaksinasiya və ana, uşaq ölümlərinin sayının azalmasıdır:

“Uşaq vaxtı vurulan peyvəndlər sayəsində orqanizmimiz qızılca, vərəm, difteriya və s. kimi xəstəliklərdən qorunub. 2019-cu ildə ÜST-ün apardığı araşdırma zamanı insanların peyvəndə etibarsız yanaşdığı məlum oldu. Lakin aparılan maariflənmə tədbirləri sayəsində peyvəndlərə etibar yarandı. Ölkədə icbari tibbi sığorta sahəsində uşaqlara xüsusi diqqət ayrılır. Təbabətin dəlil və sübutlara əsaslanan nəticələri peyvəndlərin infeksion xəstəliklərdən qorunması sübut edib”.

O qeyd edib ki, iki il əvvəl Operativ Qərargahın qadağalarına ciddi riayət edilmirdisə, bu gün açıq havada tibbi maska taxılması məcburi olmadığı halda maska taxırlar. Bu da sağlamlıq mədəniyyətinə əvvəlkindən daha çox diqqət edildiyini göstərir”.