Uşaqlar üçün ən pis səhər yeməkləri – Nələri vermək olmaz?

  • 2026.04.10 16:04
  • 152 Baxış
Uşaqlar üçün ən pis səhər yeməkləri  – Nələri vermək olmaz?


Uşaqlar üçün səhər yeməyi günün ən önəmli qidasıdır. Bu zaman verilən qidalar:
Beyin inkişafına təsir edir
Enerji səviyyəsini müəyyən edir
Diqqət və yaddaşı formalaşdırır.


Medicina.az xəbər verir ki, anlış seçimlər uşağın sağlamlığına ciddi zərər verə bilər.

Uşaqlar üçün ən pis səhər yeməkləri

Paket şirələr
Hazır meyvə şirələri:

Yüksək şəkər tərkiblidir
Lif demək olar ki, yoxdur
Qanda şəkəri sürətlə qaldırır.

Nəticə: hiperaktivlik, tez acma

Şokoladlı krem və şirin sendviçlər

(çörək + şokolad pastası)
Trans yağ və şəkər çoxdur
Qida dəyəri çox aşağıdır
Uşaq tez yorulur və diqqəti dağılır

Şirniyyat və bulkalar


Ağ un və şəkər kombinasiyası
Vitamin və mineral demək olar yoxdur.
Qısa enerji verir, sonra düşüş yaradır.


Kolbasa və sosislər

Emal olunmuş ət məhsullarıdır
Tərkibində konservant və duz çoxdur.
Uzunmüddətli istifadə sağlamlıq riskini artırır.

Qızardılmış ağır yeməklər

Yağda qızardılmış yumurta, kartof və s.
Səhər üçün həddindən artıq ağırdır.
Həzm sistemini yükləyir.

Şirniyyatla dolu səhər yeməyi

Tort, piroq, konfet və s.
Qan şəkərini kəskin artırır
Sonra sürətli düşüş olur. Uşaq əsəbi və yorğun olur

Bu qidalar:
Şəkər balansını pozur
Uşağın diqqətini zəiflədir
Piylənmə riskini artırır
Diş çürüməsinə səbəb olur

Bəs nə vermək olar?
Yumurta
Pendir
Təbii qatıq
Yulaf sıyığı
Meyvə (bütöv şəkildə)

Aygün Musayeva