Uşaqlar və yeniyetmələr peyvənd olunmayana qədər pandemiya bitməyəcək - ALİMLƏR

  • 29 Sen 2021 17:59
  • 658 Baxış
Uşaqlar və yeniyetmələr peyvənd olunmayana qədər pandemiya bitməyəcək -  ALİMLƏR
Rusiyalı allerqoloq –immunoloq Vladimir Bolibok və Lomonosov adına institutun molekulyar bioloqu Maksim Skulaçev hazırda dünyada koronavirusun əsas ötürülmə kanalını, yolunu açıqlayıblar.

Medicina.az xəbər verir ki, alimlər əsas kanalların yeniyetmələr, 18-20 yaşlı gənclər və uşaqlar olduğunu bildirib.
Və nə qədər ki, yeniyetmələr peyvənd olunmayıb, pandemiyanın səngiməsini gözləməyin.

“Uşaqlar və yeniyetmələr evdən çıxır, dərsə, kursa gedir, öz aralarında ünsiyyətdə olur, müxtəlif yığıncaq, qruplarda birləşir, bir-birinə virusu keçirir və ya hansısa xəstədən yoluxur. Sonra onlar mütləq evə qayıdırlar, evdə isə yaşlı ata-ana, nənə-baba. Beləcə, heç evdən çıxmayan insan belə yoluxur. Əvvəl mən buna inanmırdım, sadəcə güman edirdim, indi isə əminəm ki, bu kanallar durduqca pandemiya səngiməyəcək”.

Alim Skulaçev də bildirib ki, hazırda Rusiyada, Avropada peyvənd immunlaşdırılması var gücü ilə getsə də, virusun yayılması azalmır. Kanallar çoxdur.

“Hansı ölkədə ki, yeniyetmələrin peyvəndlənməsi başlayıb, orda yoluxma azalıb, bütün sivilizasiyalı inkişaf etmiş dövlətlərdə uşaqları peyvəndləyirlər. Elə koronavirusa qədər də ciddi xəstəliklər, virusların peyvəndi uşaqlıqdan vurulub. İndi nəyə görə uşaqları ayırırıq, anlamıram”.