Uşaqlarda mədə əməliyyatı hansı halda olunur?

  • 2025.10.17 11:11
  • 157 Baxış
Uşaqlarda mədə əməliyyatı hansı halda olunur?


Uşaqlarda mədə xorası mədənin və ya onikibarmaq bağırsağın selikli qişasında yaranan yaralardır.

Uşaqlarda mədə xorasının diaqnostikası belə aparılır.

• Həkim müayinəsi və anamnez
• Qan analizləri və ya H.pylori-yə qarşı anticisimlər
• Nəcis və ya nəfəs testi H.pylori üçün
• Endoskopiya (qastroskopiya)


"Medicina" xəbər verir ki, Kliniki Tibbi Mərkəzin uşaq cərrahı Günay Əmrahlı bildirib ki, əlamətlər xoranın mərhələsinə uyğun olaraq dəyişir:


"Mədə və onikibarmaq bağırsaq xorası uşaqlarda tez-tez görülən, olduqca ciddi şəkildə izlənilməli olan bir xəstəlikdir. Əlamətlər uşağın yaşına və xoranın mərhələsinə görə dəyişə bilər. Uşaqlarda mədə xorasının əsas əlamətləri qarın ağrısı adətən qarının yuxarı hissəsində göbəkdən yuxarıda və ya döş sümüyünün altında hiss olunur, ürəkbulanma və qusma bəzən bu, ilk və yeganə əlamət ola bilər. Əgər qusma təkrarlanırsa bu ciddi xəbərdarlıq siqnalıdır”.


Bəs uşaqlarda mədə xorasına cərrahi müdaxilə nə zaman olmalıdır?
G.Əmrahlı bildirib ki, mədə-bağırsaq xoralarında cərrahi müdaxiləyə bir çox hallarda ehtiyac duyula bilər:

"Cərrahi müdaxilə üçün göstərişlər əsasən bu hallarda ortaya çıxır: Çox vaxt mədənin deşilməsi, yəni perforasiya və yayılmış peritonitdə cərrahi müdaxiləyə ehtiyac duyulur”.

MEDİCİNA.AZ