Uşaqların da bağırsağında polip ola bilir, dərhal götürülməlidir – Azərbaycanlı həkim

  • 2023.03.29 16:26
  • 2198 Baxış
Uşaqların da bağırsağında polip ola bilir, dərhal götürülməlidir  – Azərbaycanlı həkim
Artıq dünyanın hər yerində yoğun bağırsaqda yaranan polipi əməliyyat vasitəsi ilə götürmək olur.

“Medicina” xəbər verir ki, hal- hazırda laparoskopiya əməliyyatı geniş yayılıb. Az ağrı və qansız şəkildə xəstədən polip götürülür.

Qastroentgeroloq Ülvi İbrahimov yoğun bağırsaq polipinin götürülməsi əməliyyatı barədə bildirib:

“Bugünki pasientimiz 15 yaşındadır və ilthabi bir polip aşkarlanıb. Polipin ölçüsü böyükdü. Hətta ilthablı olduğu üçün qanamaya meyilli ola bilər.

Polip ölçüsünə görə böyük olduğu üçün biz onun dibnə mütləq şəkildə adrenalin ineksiyası edib, daha sonra götürülməni həyata keçirtdik. Tam sıxdığdan sonra polipi yavaş-yavaş çıxarırıq və həmin polipi histoloji müayinəyə göndəririk ”.

Bildiyiniz kimi, bütün xoşxassəli şişlər mütləq surətdə onkoloji müayinə olunmalıdır ki, zamanında fəsadlar aradan qaldırılsın. Çünki poliplərin xərçəngə çevrilmə riski çoxdur”.

Günay Quliyeva