Uşaqların gəzinti zamanı öskürməsi nəyi göstərir?

  • 2023.03.15 16:59
  • 3039 Baxış
Uşaqların gəzinti zamanı öskürməsi  nəyi göstərir?
Açıq havada gəzinti zamanı uşağın öskürməsi uşaq sağlamlığına faydalıdır.

“Medicina” xəbər verir ki, ali kateqoriyalı pediatr, tibb elmləri namizədi, teleaparıcı Evgeniy Komarovski gəzinti zamanı uşağın evdə öskürmədiyi halda öskürməsini müsbət hal kimi dəyərləndirib.

Bu cür şəraitdə öskürək soyuq havanın bədənə daxil olması, burun və ya ağızla nəfəs alması zamanı baş verir. Bu yuxarı tənəffüs yollarında seliyin nəmləndirilməsinə kömək edir.

Sərin hava tənəffüs edildikdə, ağciyərlərə yerləşmiş selik nəmlənir, bundan sonra uşaqlar öskürməyə başlayır.

Belə bir öskürək refleksi uşaqların sağlamlığı üçün faydalıdır. Çünki ağciyərlərin yığılmış selikdən təmizlənməsini təmin edir. Əsas odur ki, öskürən uşağı küçədə dərhal evə aparmamalısınız, ona boğazını təmizləmək üçün vaxt vermək lazımdır.

Fakt budur ki, havada nəmlənmiş selik şişir, ağciyərlərdə onun həcmi artır. Körpəni çox tez isti otağa köçürmək onun vəziyyətini daha da pisləşdirə bilər, çünki nəfəs alması çətinləşəcək.

Aynurə Məmmədova