Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Uşaqlıqda oturaq həyat tərzi keçirmək damar sərtliyini artırır

  • 2024.03.27 19:19
  • 822 Baxış
Uşaqlıqda oturaq həyat tərzi keçirmək damar sərtliyini artırır
İngiltərədə aparılan bir araşdırma uşaqlıqda oturaq həyat tərzi keçirməyin damar sərtliyini artıra biləcəyini göstərib.

Medicina.az xəbər verir ki, Oksford, Bristol və Exeter universitetləri ilə Şərqi Finlandiya Universitetinin alimlərinin birgə apardığı araşdırmada 11-24 yaş arası 1339 uşaq və gənc müayinə olunub.

Bu çərçivədə 13 il ərzində onların damar sərtliyi dövri olaraq yoxlanılıb.

Tədqiqatda alimlər müəyyən ediblər ki, uşaq və yeniyetmələrdə gündə 6-9 saat hərəkətsizlik müddəti arterial sərtləşməni təxminən 10 faiz artırır. Digər tərəfdən, araşdırmada yaşlanmanın da arterial sərtliyi artırdığı, bunun da yetkinlərdə gənc yaşda ölüm riskini 47 faiz yüksəltdiyi vurğulanıb.

Araşdırmaçılar gündə ən azı 3 saat yüngül fiziki fəaliyyətin damarların sərtləşməsi riskini minimuma endirməyə kömək edə biləcəyini söyləyirlər.

"Bizim tədqiqatlar uşaqlıqda hərəkətsizliyin sağlamlıq üçün əvvəllər düşünüldüyündən daha təhlükəli olduğunu vurğulayır", - deyə Şərqi Finlandiya Universitetinin tədqiqatçısı Dr. Endryu Eqbace bildirib.

Araşdırmanın nəticələri "Acta Physiologica" jurnalında dərc olunub.


Aysel