ÜST hazırda koronavirusu yayanları açıqladı

  • 2021.11.25 17:15
  • 1904 Baxış
ÜST hazırda koronavirusu yayanları açıqladı
Hazırda pandemiyanı sürətləndirən, koronavirusu daha çox yayan qruplar- peyvənd olunmayan böyük insanlar və uşaqlardır.

Medicina.az xəbər verir ki, bunu ÜST Avropa bürosu bildirib.

“Biz bütün insanları vaksin hüququndan istifadə edib, mütləq bütün mərhələləri keçməyə çağırırıq. Yaşı 60-dan yuxarı heç bir insan peyvəndsiz qalmamalıdır. İmmuniteti zəif olan, xroniki xəstələr də 2 doza vurdurubsa, üçüncünü vurdurmalıdır.
Eləcə də maskaları çıxarmaq olmaz, qış aylarında olduğunuz məkanlar havalandırılmalıdır”.

Hazırda bütün dünyada koronavirusa qarşı kollektiv immunitet cəmi 51%-dir. Kollektiv immunitet 80% olmalıdır ki, pandemiya səngisin.

Bir ölkənin əhalisinin tam müdafiəsi üçün 95% vaksinasiya lazımdır.