Uzmanlar savadsızdır, özəl klinikalar quldur ocağıdır, TƏBİB isə... - 83 yaşlı professor cərrahla MÜSAHİBƏ- VİDEO

  • 2025.12.11 15:34
  • 328 Baxış
Uzmanlar savadsızdır, özəl klinikalar quldur ocağıdır, TƏBİB isə...   -  83 yaşlı professor cərrahla MÜSAHİBƏ- VİDEO

83 yaşlı cərrah, Tibb Universitetində 25 il kafedra müdiri olmuş, professor Çərkəz Cəfərov uzun illər səhiyyədə aparıcı fiqurlardan biri olub.

"Medicina" xəbər verir ki, hələ də əməliyyatlar edən, aktiv fəaliyyətdə olan Çərkəz Cəfərov tibb təhslindən tutmuş, səhiyyədə özbaşınalıqlara qədər indiki vəziyyətlə razı deyil.

Onun Bakupost.tv-də Həkim Postu verilişində sərt açıqlamalarla dolu müsahibəsini təqdim edirik.

- TƏBİB səhiyyə sistemini inkişaf etdirmək əvəzinə, pul qazanmaq və idarəetməni xaosa çevirməklə məşğuldur.

TƏBİB ləğv olunmalı, bütün səlahiyyətlər yenidən Səhiyyə Nazirliyinə verilməlidir.

- Özəl xəstəxanalar quldur yuvasına çevrilib. Bu xəstəxanalara rəhbərlik edən iş adamlarının, məmurların, nazir övladlarının və alverçilərin məqsədi tibbi xidmət yox, pul qazanmaq olduğundan, insanlar lazımsız əməliyyatlara məcbur edilir.

- TƏBİB Tibb Universitetinin Tədris-Cərrahiyyə və Tədris-Terapevtik klinikalarına xəstə göndərmədiyi üçün bu klinikalar faktiki olaraq həm tibb xidməti, həm də elmi-tədris funksiyasını yerinə yetirə bilmir. Tələbələr, rezidentlər, gənc mütəxəssislər real təcrübə keçə bilmirlər, bu isə tibbimizə böyük zərbədi.

Türkiyədə təhsil alanların bir çoxuna daha çox pul qazanmaq yolları öyrədilir, elmi yanaşma və fundamental tibbi biliklər isə arxa planda qalır.

Səhiyyəmiz çox acınacaqlı haldadır və düzəltmək üçün yumruq lazımdı.

Ətrafı linkə keçid edin


MEDİCİNA.AZ