Uzun müddət yüksək doza D vitamini qəbulu faydasızdır

  • 2022.01.11 15:47
  • 1640 Baxış
 Uzun müddət yüksək doza D vitamini qəbulu  faydasızdır
Sağlamlıq və uzun ömür üçün uzun illər yüksək dozalı D vitamini qəbul etməyin faydası yoxdur.

Medicina.az xəbər verir ki, bu barədə Finlandiya alimləri açıqlama verib.

Onlar elmi araşdırma nəricəsində sübut ediblər ki, D vitamini xərşəng və ürək-damar xəstəlikləri riskini azaltmır.

Bir çox araşdırmalar orqanizmdə vitamin D az olduqda xroniki xəstəliklərin inkişaf etdiyini desə də, bu vaxta kimi alimlər vitamin D içdikdə bu riskin aradan qalxıb-qalxmayacağını demirdi.

Artıq çox vitamin D qəbul etməklə tam sağlam olacam mifi aradan qaldırıldı.

Bununla belə profilaktik məqsədlə hər gün 800-1000 vahid D vitamini qəbul etmək tövsiyə edilir.