Son sutkada nə qədər insan vaksin vurdurub?

  • 03 Sen 2021 15:40
  • 1974 Baxış
Son sutkada nə qədər insan vaksin vurdurub?
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 85 760 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Medicina.az -a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 48 116, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 337 644 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 7 095 693, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 287 967, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 2 807 726 təşkil edir.