Vaksinasiya olunanların sayı bir milyonu ötdü - FOTO

  • 2021.04.07 15:08
  • 1302 Baxış
Vaksinasiya olunanların sayı bir milyonu ötdü -  FOTO
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 43 499 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Medicina.az -a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 27 992, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 15 507 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 025 790, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 639 463, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 386 327 təşkil edir.