Koviddə venaya C vitamini vurulması faydalıdırmı? - Alimlər

  • 2021.11.06 16:09
  • 2272 Baxış
Koviddə venaya C vitamini vurulması faydalıdırmı? -  Alimlər
C vitamininin müəyyən dozada venadaxili yeridilməsi COVID-19-un ağır formasından qorunmağa və daha tez sağalmağa kömək edir.

Medicina.az xəbər verir ki, mütəxəssislər 12 klinik sınaq apararaq C vitamininin qanda oksigen səviyyəsini artırmağa, iltihabı yatırmağa və sağalmanı sürətləndirməyə kömək etdiyini aşkar ediblər.

Məlumata görə, bir qram C vitamini 20 portağalda var, ona görə də maddənin venadaxili yeridilməsi özünü doğruldur.

Bundan əlavə, xəstələrin 70-80 faizində qan plazmasında çatışmazlıq olduğu ortaya çıxıb.

C vitamini COVID-19-un ağır gedişini azaldır ki, bu da müalicə müddətini qısaltmağa və xəstəxana çarpayılarını boşaltmağa imkan verir.

Müəlliflər, həmçinin COVID-19-un ümumiyyətlə qarşısını almaq üçün D vitamini qəbul etməyə çağırıblar.