Virusa qarşı soğan şorbası – Qədim Misir fironlarının sirri

  • 2020.05.08 17:06
  • 3005 Baxış
Virusa qarşı soğan şorbası  – Qədim Misir fironlarının sirri

Deyilənə görə, qədim Misirdə xüsusi adamlar çətin günlər olanda digər planetlərdən informasiya alıb, ona uyğun hərəkət edərmişlər.

Qədim Misirdə infeksiya və yoluxu xəstəliklər yayılanda, fironların əmri ilə profilaktika məqsədilə sosial məsafə gözləmək tələb edilirdi. Bunu onlara kim başa salmışdı deyə bilmərik, amma qədim Misir insanlarını bir-birindən 2 metr aralı tutmağın bir yolu var idi. İnsandan elə bir dəhşətli qoxu gəlməliydi ki, digərləri istər-istəməz uzaq dursun. Bunun da çarəsi soğan şorbası içmək idi. Hər gün, soğanla dolu isti şorba içib, küçəyə çıxırdılar. Həqiqətən də xəstələnən az olurdu, epidemiya tez səngiyirdi.


Daha sonradan Avropada infeksiyalar tüğyan edəndə fransızlar bu metodu mədəniləşdirərək, əfsanəvi fransız soğan şorbasını icad etdilər və bu şorbanı ən incə aristokratlar belə içməkdən imtina etmirdi. İndi soğan şorbası Avropa qastronomiyasının şah yeməklərindən biridir.


Elə bizim də nənələrimiz aclıq və xəstəlik, müharibə illərində məşhur soğan bozbaşını düşünmüşdülər. Deyilənə görə, ət olmayanda bu şorba elə dadlı bişirilrdi ki, dadı ət bozbaşından da geri qalmırdı

Medicina.az sizə müxtəlif soğanların qarışığından ibarət, immunitet gücləndirici, dadlı soğan şorbasının reseptini təqdim edir.

Şorba üçün hər cür soğandan istifadə edə bilərsiz: ağ, sarı, qızmırı, porey soğan və s. Qarışıq olsa, lap yaxşı olar.
Mal əti bulyonunda hazırlana bilər.

Bütün soğanlardan 30-40 qr olmaqla xırda doğrayırsız. Əvvəlcə soğanlar tavada yağda pörtlədilir, qızardılmır. Yağı bol olmalıdır. Daha sonra stəkanın yarısından da az miqdarda su əlavə edilir. Soğanların rəngi caramel olan kimi onu bulyona əlavə edib, zəif odda bişirirsiz. Şorba qatı olsun deyə, bir qədər un əlavə edib, qarışdırırsız.

Şorba 15 dəqiqə bişirilir. İçinə duzlu suxarı əlavə edilib yeyilir.