Vurulan vaksinlərin ümumi sayı 14 milyona çatır

  • 2023.01.07 17:29
  • 551 Baxış
Vurulan vaksinlərin ümumi sayı 14 milyona çatır

Azərbaycanda son sutkada 826 nəfər vaksinasiya olunub.

Bakupost.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci doza vaksinlərin sayı 519, ikinci doza vaksinlərin sayı 68 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 183-dır. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 56 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 934 743 olub.