Xaçlı soğan möcüzəsi – Orta əsr rahiblərinin sirli dərmanı – VİDEO

  • 2018.09.12 16:42
  • 32835 Baxış
Xaçlı soğan möcüzəsi –  Orta əsr rahiblərinin sirli dərmanı – VİDEO
Adı kimi özü də maraqlı olan bu resepti ötən əsrin Tver quberniyasında yaşlı bir loğmanın tətbiq etməsi barədə məlumatlar var. Soğanın üzərində xaç formasında kəsiklər atmaq isə monastır loğmanlarının dəst-xəttidir. Onlar xalq təbabəti üsullarında çox bitki və vasitələrin üzərinə xaç simvolu kəsməklə onun şəfa gücünün artacağına inanırdılar.


Xaçlı soğan çayı nədə kömək edir:


-qarın ağrısı, disbakterioz, meteorizm

-soyuqdəymə, virus xəstəliklərində

-həzm pozuntularında

-ümumi müalicə və orqanizmi gücləndirmək məqsədilə


Medicina.az xaçlı soğanın hazırlanma qaydasını təqdim edir:


Bu çayı hazırlamaq çox asandır. Sadəcə keyfiyyətli, təbii çay növü seçmək lazımdır. Soğan isə orta ölçülü olmalıdır. Soğanı soyub, üzərində baş hissədən axıra kimi olmadan bıçaqla xaç formasında kəsirsiz.Təzə dəmlənmiş çayı soğanın üzərinə süzüb, 10 dəqiqə saxlayırsız.  Daha sonra soğanı çıxarıb, çayı içirsiz.


Burda maraqlı məqam odur ki, soğanı çayın içərisində digər tərəfi üstə çevirəndə, o yenə də əvvəlki vəziyyətinə qayıdır, yəni üstdə xaç kəsiyi düşür.

Hər gün olmasa da həftədə 2-3 dəfə bu çaydan içə bilərsiz.

 

Videoda bu vasitənin hazırlanması izah edilir: