Xanımlara 8 MART HƏDİYYƏSİ - Pulsuz müayinə üçün Məlhəm hospitalına müraciət edin - VİDEO

  • 2023.03.07 18:37
  • 4381 Baxış
Xanımlara 8 MART HƏDİYYƏSİ - Pulsuz müayinə üçün Məlhəm hospitalına müraciət edin - VİDEO


Məlhəm Beynəlxalq Hospitalında 8 mart Beynəlxalq Qadınlar günü münasibəti ilə tədbir keçirilib.

Medicina.az xəbər verir ki, tədbirdə bir çox tanınmış tibb işçiləri, dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Hospitalın direktoru Sevda Əlizadə xanımları təbrik edib. Bildirib ki, 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə Məlhəm Beynəlxalq Hospitalında 100 xanımın pulsuz check-up müayinə olunması nəzərdə tutulub.

Kampaniyadan yararlanmaq istəyən xanımlar 803 çağırı mərkəzinə müraciət edərək qeydiyyatdan keçə bilərlər.

Tədbirdə Milli Məclisin deputatı İlham Məmmədov xanımları təbrik edib onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Tədbirin sonunda hospitalda çalışan xanım əməkdaşlara hədiyyələr təqdim olunub.