Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Xərçəngi müalicə edən pəhriz

  • 2024.03.18 10:16
  • 1136 Baxış
Xərçəngi müalicə edən pəhriz
Aralıq dənizi pəhrizi ilə bağlı aparılan yeni araşdırmanın nəticələri təəccübləndirib.

Medicina.az xəbər verir ki, Avstraliyanın Deakin Universitetinin alimləri adı çəkilən pəhrizin xərçəngin inkişafı və irəliləməsi riskinə təsiri ilə bağlı mövcud 15 araşdırmanı təhlil ediblər.

Məlum olub ki, bitki mənşəli qidalara, süd məhsullarına, balıq və çərəzlərə əsaslanan pəhriz xərçəngin inkişaf riskini azaltmaqla yanaşı, xərçəng xəstəliklərində orqanizmdə yaranan iltihabı da aradan qaldırır.

Tədqiqatçılar bu tip pəhrizə riayət edənlərin prostat və döş xərçəngindən ölüm riskinin müvafiq olaraq 22 və 13% azaldığını bildiriblər.

Onların fikrincə bunun səbəbi Aralıq dənizi pəhrizində tövsiyə edilən qidaların əksəriyyətinin antioksidant olmasıdır. Aralıq dənizi pəhrizinə əməl edənlərin bədənində antioksidantlar sərbəst radikalları zərərsizləşdirir, bununla da hüceyrə zədələnməsinin qarşısını alır. Belə olduqda daxildə xərçənglə mübarizə gedərkən, xəstə bunun müsbət təsirlərini hiss etməyə başlayır. Belə ki, xərçəngin səbəb olduğu xroniki yorğunluq aradan qalxır.

Qeyd edək ki, tədqiqatın nəticələri “European Journal of Clinical Nutrition” jurnalında dərc edilib.


Aysel