Xərçəngin bu 10 simtomunu iqnor etməyin – Həkim

  • 2023.10.18 16:27
  • 2402 Baxış
Xərçəngin bu 10 simtomunu iqnor etməyin  – Həkim


Xərçəng o zaman yaranır ki, anomal hüceyrələr qarşısı alınmadan kor-koranə bölünməyə başlayır və yaxın orqan və toxumalara yayılır.


Xərçəngin növündən asılı olaraq, simptomlar dəyişir. Amma 90% şişlərdə ümumi və oxşar əlamətlər var ki, digər xəstəliklərlə səhv salınır.

“Medicina” xəbər verir ki, onkoloq Andrey Vorobyev əsas 13 əlaməti açıqlayıb.

Xəstələr daha çox çəkiyə, dəridə dəyişikliyə və halsızlığa fikir verməlidir.

1. Heç vaxt olmayan tipdə keçməyən öskürək, təngnəfəslik, boğulma
2. Dərinin teksturası və rəng tonunun dəyişməsi –qaralma, qızarma
3. Xalların böyüməsi, qaralması, qanaması
4. Qarında ağrılar
5. Tualetə ağrılı getmə

6. Nəcisdə, sidikdə qan
7. Süd vəzisi, uşaqlıq yolu, düz bağırsaqdan axıntı
8. Çanaqda, beldə, sümüklərdə ağrı

9. Yorğunluq, əzginlik hissi, gücsüzlük
10. Çəkinin getdikcə azalması, iştahın itməsi, yeməkdən ikrah

Bütün bunları xəstələr sezməyə bilməz, amma vaxtında nəzərə alıb, həkimə getmək lazımdır. Ətrafdakıların da barənizdə dediklərinə fikir verin: sən dəyişmisən, rəngin dəyişib, arıqlamısan, halın yoxdur, bunları iqnor etməyin”.

Aygün Musayeva