Xərçəngin dərmanı 60 il əvvəl tapılıb?

  • 2026.03.12 12:59
  • 267 Baxış
Xərçəngin dərmanı   60 il əvvəl tapılıb?

Xərçəngin müalicəsinin 60 il əvvəl kəşf edilib gizli saxlanıldığı iddiaları ABŞ-da müzakirə olunur.

Medicina.az xəbər verir ki, məsələnin ön plana çıxmasının səbəbi köhnə bir kəşfiyyat sənədinin yeni tibbi patentlə birlikdə paylaşılmasıdır. 1951-ci il hesabatında Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) sovet alimləri ilə xərçəng şişləri arasında bəzi oxşarlıqlar aşkar etdiyi bildirilirdi.



Bu hesabat illərdir gizli qalmış və 2014-cü ildə məxfilikdən çıxarılaraq dərc edilmişdir. İllər sonra, 2021-ci ildə Con Hopkins Universiteti antiparazitar dərman mebendazolun bəzi xərçəng növlərinə qarşı təsirli olub-olmadığını araşdıran bir patent dərc etdi. Bu məlumatların birləşdirilməsi "xərçəngin müalicəsinin gizli saxlanıldığı" iddiasına gətirib çıxardı. Lakin, mütəxəssislərin fikrincə, mövcud tədqiqatlar qəti xərçəng müalicəsinin tapıldığını göstərmir.



Aygün
Medicina.az