Yolğun bağırsaq xərçənginin sümüklərə yayılmasının üç əlaməti var.
Şişin sümüklərə yayılması xəstənin həyatı üçün ən böyük təhlükələrdən biridir.
Nadir hallarda yoğun bağırsaq xərçəngi sümüklərə yayıla bilər.
Medicina.az xəbər verir ki, onkoloqların fikrincə, xərçəngin sümüklərə yayılması hiperkalsemiyaya səbəb olur, qanda çoxlu kalsium toplanır.
Mütəxəssislər hesab edirlər ki, bu, yetkin xəstələrin 20%-də inkişaf edən yoğun bağırsaq xərçənginin ən çox yayılmış həyati təhlükəsi olan ağırlaşmasıdır.
Hiperkalsemiya adətən üç klassik simptomla özünü göstərir:
- Yorğunluq
- Özünü pis hiss etmək (ürəkbulanma)
- Susuzluq
Sümüklərə yayılmış şiş sümüklərə zərər verə və onları zəiflədə bilər, eləcə də şiddətli ağrıya səbəb ola bilər. Bu, sınıq riskini daha da artırır. Qeyd etmək vacibdir ki, hiperkalsemiya simptomlarının olması mütləq inkişaf etmiş bağırsaq xərçəngi demək deyil.
Lakin, digər gizli simptomlarla qarşılaşsanız, diqqətli olmalısınız:
- Mədə pozğunluğu
- Qusma
Aygün Musayeva