Hava soyuyur, qrip və soyuqdəymə halları artır. Bu vəziyyətdə vitamin qəbulu çox önəmlidir. Çoxları bunun C vitamini olduğunu düşünür.
Medicina.az xəbər verir ki, D vitamini immun sisteminin düzgün işləməsində mühüm rol oynayır.
Bu, bədənin müdafiə hüceyrələrini aktivləşdirir və infeksiyalara qarşı daha sürətli və daha effektiv reaksiya verməyə imkan verir.
Bir çox araşdırma göstərir ki, D vitamini səviyyəsi aşağı olan insanlar yuxarı tənəffüs yollarının infeksiyalarına daha çox məruz qalırlar.
Əlbəttə ki, bu, C vitamininin əhəmiyyətsiz olduğu anlamına gəlmir.
C vitamini immun sisteminin vacib dəstəkçilərindən biridir.
Aygün
Medicina.az