Xəstənin bağırsağından burğac çıxarıldı

  • 2026.04.23 19:44
  • 89 Baxış
Xəstənin bağırsağından burğac çıxarıldı


Yekaterinburqda həkimlər xəstənin bağırsaqlarından burğac (otverka) çıxarıblar.

Medicina.az xəbər verir ki, Yekaterinburq Mərkəzi Şəhər Xəstəxanasının həkimləri xəstədən diş burğacını çıxarmaq üçün çox çalışmalı olublar. Regional Səhiyyə Nazirliyinin məlumatına görə, qadın özəl stomatoloji klinikada diş protezi etdirərkən təsadüfən aləti udub.


"Qadın yad cismi təkbaşına çıxara bilməyəcəyini anladıqdan sonra xəstəxanaya müraciət edib. Həkimlər qarın əməliyyatına müraciət etməmək, endoskopik metoddan istifadə etmək qərarına gəliblər."

Xüsusi endoskopik ilgəkdən istifadə edərək bağırsaqlarda ilişib qalmış burğac təbii yolla bədəndən çıxarılıb. Prosedur heç bir ağırlaşma və ya təkrar prosedura ehtiyac olmadan başa çatdırılıb.

Aygün Musayeva