Xəstənin qanına baxmaqla diaqnozu tapan və müalicə yazan həkim – Məni şoka salan analiz

  • 2018.02.26 18:39
  • 32906 Baxış
Xəstənin qanına baxmaqla diaqnozu tapan və müalicə yazan həkim –  Məni şoka salan analiz
İllərdir çoxsaylı laboratoriyalarda qan analizi verən, buna marağı və həvəsi olan bir pasiyent kimi deyərdim ki, qanın mikroskopik analizi həmişə mənə maraqlı olub. Heç bir dövlət və özəl xəstəxanada xəstənin qanının mikroskop altında izlənilməsi kimi incə və vaxt alan işlə məşğul olmadıqlarından Bioloji Təbabət klinikasında qanın qaranlıqsahəli analizi neçə vaxtdır sınamaq istədiyim analiz növü idi. 


Son günlər yayılan adı qrip, özü başqa bir virus olan xəstəliyə yoluxduqdan və bu virusla mübarizədə xeyli zəiflədiyimdən və 1 həftə xəstəliklə mübarizə apardığımdan müayinə olunmaq qərarı verdim və nəhayət ki, qaranlıq sahəli qan analizi kabinetini seçdim. 


Qaranlıq sahəli qan analizi üzrə mütəxəssis həkim Əminə Bağırova haqqında ayrıca bəhs etmək istəyirəm. Çünki düşündüyüm kimi, qulaqdan bir damla qan alınıb, mikroskop altında baxılıb, xəstəyə də ekranda öz qanındakı dəyişiklikləri göstərmək, izah etmək və sonda nəticə yazmaqla iş bitmirmiş. 

İlk öncə qeyd edim ki, qulaqdan qan analizi acqarına, sadəcə su içdikdən sonra, qulaqdan bir damla qan götürülməklə çox asan və ağrısızdır. 


Bu mikroskop Azərbaycanda 2 yerdədir: biri Milli Onkologiya mərkəzi, digəri də Bioloji Təbabətdə. Əslində düşünürəm ki, hər özünə hörmət edən klinikanın belə bir mikroskopu olmalıdır. Çünki çox xəstəliklər var ki, məhz mikroskop altında təyin oluna bilir. 


10 dəqiqəlik qan analizi ilə həkim təkcə qanıma baxmaqla mənim virus, bakterioloji problemimi, qanazlığımı, ağır metallarla yükləndiyimi, hətta məni aylardır narahat edən mədə-bağırsaq, daha doğrusu həzm problemlərimi asanlıqla gördü. Diaqnoz düzgün idi, çünki bu vaxta kimi keçirdiyim analiz və müayinələrdə mədə-bağırsaq, mədəaltı vəz ferment çatışmazlığı və öd durğunluğu problemlərimin olduğunu dəfələrlə eşitmişdim.

Qanda həll olmamış yağ izləri görünürdü. Özü də 1-2 gün əvvəl yediyim yeməyin yağının hələ də qanda dolaşması o demək idi ki, mədəaltı vəzidə yağ parçalayan Lipaza defisiti var idi. 

 


Bir sözlə, qanımda beyin qan dövranından tutmuş öd probleminə kimi hər şey aydın görünür. Yetər ki, onu düzgün oxuya bilən mütəxəssis olsun.

Bir neçə ciddi və əhəmiyyət vermədiyim problemlərimi öyrəndikdən sonra ən təəccüblü məqam yetişdi. Əminə həkim elə yerindəcə xüsusi müalicə və pəhriz cədvəlini yazdı. 


Orqanizmin virusdan təmizlənməsi, çatışmayan fermentin bərpası, xüsusi qidalanma, nələrdən imtina edilməsinin vacibliyini anlatdı. Bununla kifayətlənməyərək xəstəni, yəni məni narahat edən baş ağrı, miqrenin də səbəbini araşdırmaq üçün onurğa, çiyin, əzələ diaqnostikası da apardı.

 


Əminə xanımın dediyinə görə, öddə pozğunluğu olan insanın çiyin, boyun əzələ, damarları həmişə gərgin, daş kimi və yığılmış olur. Oturaq işimlə bağlı bütün əzələ, sümük sistemim gərgin və daş kimi idi. Bu vəziyyət mənim baş beynimə, bütün bədənimə və daxili orqanlara mənfi təsirini göstərirdi.

Bu problemlər üçün də Əminə xanımın gimnastika və masaj məsləhətləri oldu. O, bir pasiyent kimi məni şoka salaraq, canlı olaraq öz üzərində idman hərəkətlərini, tənəffüs gimnastikası və boyun masajını öyrətdi. 

 


Bir sözlə, mən analiz verib çıxacağımı güman etsəm də, qarşımda mənim problemlərimin həlli üçün bildiklərini tətbiq edən, çox uğurlu müalicə yazan  bir həkim var idi. Bu həkimdə mən bu vaxta kimi heç yerdə görmədiyim intuazmı gördüm. Düşünürəm ki, çox həkimlər pasiyentə məhz bu cür yanaşmalıdır.

Xəstənin qanı  əlinin altında ikən diaqnozla bərabər müalicəsini və həll yollarını axtaran Əminə Bağırova uşaqlardan tutmuş yaşlı insanlara kimi  çox pasiyentinə müalicə yazdığını bildirdi. Əsas müalicə metodu orqanizmin detoksikasıyası, qan analizinə uyğun çatışmayan nələr varsa orqanizmə vermək və xəstənin öz-özünü ev şəraitində sağaltmasına yönəlib. Bu həkimi sizin də tanımağınızı istədim. Hər həkim onun barəsində yazı yazmaq dərəcəsində məni heyrətləndirməyib. Hər birinizə heç olmasa ildə bir dəfə qanın qaranlıq sahəli mikroskopik analizindən keçməyinizi tövsiyyə edirəm. 

 


 



Bioloji Təbabət klinikası: 3 mkr., Pişəvari 110 (Cavadxan küç 24), Memar Əcəmi metrosunun yaxınlığında


•Tel.: (012) / (050) / (055) / (070) 430 89 89
Xəstənin qanına baxmaqla diaqnozu tapan və müalicə yazan həkim –  Məni şoka salan analiz