Statinlər xolesterini azaltmaq və infarkt riskini aşağı salmaq üçün geniş istifadə olunur. Lakin həkimlər bu dərmanların bəzi yan təsirlərinə diqqət yetirməyin vacibliyini bildirirlər.
Medicina.az xəbər verir ki, çox rast gəlinən şikayətlər arasında əzələ ağrısı, qıcolma, yorğunluq və zəiflik yer alır. Nadir hallarda isə ciddi əzələ zədələnməsi – rabdomioliz baş verə bilər. Güclü əzələ ağrısı, ciddi halsızlıq və tünd rəngli sidik bu vəziyyətin xəbərdarlıq əlamətləri hesab olunur.
Statinlər bəzi hallarda qaraciyər fermentlərinin yüksəlməsinə də səbəb ola bilər. Buna görə müalicə zamanı həkim nəzarəti və lazım gəldikdə qan analizləri vacibdir.
Mütəxəssislər bildirirlər ki, statin qəbul edən şəxslər yeni yaranan əlamətlər zamanı dərmanı özbaşına dayandırmamalı, həkimlə məsləhətləşməlidirlər.
Xanım,
Medicina.az