Yağları əridən 7 ən təsirli bitki çayı

  • 2026.03.06 12:13
  • 374 Baxış
Yağları əridən  7 ən təsirli bitki çayı

Artıq çəkidən qurtulmaq istəyən bir çox insan maddələr mübadiləsini sürətləndirən və yağ yandırmağı dəstəkləyən təbii üsullara müraciət edir.

Medicina.az xəbər verir ki, hazırda bitki çayları həm sağlam tərkibinə, həm də bədənə dəstəkləyici təsirlərinə görə ən çox seçilən təbii məhsullar arasındadır.



Antioksidantlarla zəngin olan bəzi bitki çaylarının balanslı qidalanma və müntəzəm həyat tərzi ilə birlikdə qəbul edildikdə yağ yandırılmasını dəstəkləyə biləcəyi bildirilir. Maddələr mübadiləsini gücləndirən təsirə malik otlardan hazırlanmış çaylar çəki nəzarətinə kömək edə bilər.

Mütəxəssislər bitki çaylarının təkbaşına möcüzəvi bir həll olmadığını, lakin sağlam qidalanma və fiziki fəaliyyətlə birlikdə qəbul edildikdə bədəni dəstəkləyə biləcəyini bildirirlər.

Yaşıl çay yağ yandırmağı dəstəklədiyi bilinən bitki çayları siyahısının başındadır. Antioksidantlarla zəngin olan yaşıl çay maddələr mübadiləsinin daha sürətli işləməsinə kömək edir. Mütəmadi və orta miqdarda qəbul edildikdə çəki nəzarətini dəstəkləyir.



Ağ çay da son illərdə populyarlıq qazanan bitki çayları arasındadır. Tərkibindəki vitaminlər və polifenolların sayəsində yağ yığılmasını azaltmağa kömək etdiyi deyilir.

Zəncəfil çayı həm həzmi dəstəkləməsi, həm də maddələr mübadiləsini sürətləndirməsi ilə tanınır. Mədəyə sakitləşdirici təsiri səbəbindən tez-tez seçilən bitki çayıdır.

Rozmarin çayı həmçinin antioksidan tərkibi sayəsində bədəni dəstəkləyən otlar arasında hesab olunur. Aşağı kalorili içki olduğundan, pəhriz saxlayan insanlar tərəfindən tez-tez seçilir.

Ödəmi azaltmağa və toxluq hissi verməyə kömək edən çaylar

Sidikqovucu təsiri ilə tanınan cəfəri çayı bədəndə yığılan artıq mayenin xaric olmasına kömək edər. Bu xüsusiyyətinə görə arıqlama prosesində dəstəkləyici içki kimi üstünlük verilir.

Darçın çayı qan şəkərini balanslaşdırma təsiri ilə tanınır. Xüsusilə yeməkdən sonra istehlak edildikdə həzmə kömək edir.



Mate çayı maddələr mübadiləsinə stimullaşdırıcı təsir göstərən otlar arasındadır. Bədən istiliyini artıraraq yağ yandırılmasını dəstəklədiyi və toxluq hissi verdiyi deyilir.

Hər-hansı bir sağlamlıq problemi olan şəxslərə bitki çayı içməzdən əvvəl həkimlərinə müraciət etmələri tövsiyə olunur.

Aygün
Medicina.az