Yanğın baş verən əraziyə 4 Təcili Tibbi Yardım briqadası yollanıb - NAZİRLİK

  • 2019.12.10 09:35
  • 4158 Baxış
Yanğın baş verən əraziyə 4 Təcili Tibbi Yardım briqadası yollanıb -  NAZİRLİK
Səhiyyə Nazirliyi Bakı-Sumqayıt yolunda "Ekologiya postu" kimi tanınan ərazinin yaxınlığında olan tikinti materialları bazarında olan yanğınla bağlı son vəziyyəti açıqlayıb.

Medicina.az xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, hadisə yerinə çağırış saat 08:18-də daxil olub:

"Hadisə yerinə 4 Təcili Tibbi Yardım briqadası yollanıb. Saat 09:15 üçün Təcili Tibbi yardım briqadalarına bir nəfər sahibkar müraciət edib. Ona yerində yardım göstərilib".