Yaralı erməniləri də xilas edirdik - Ön cəbhədə xidmət edən cərrah

  • 2021.01.28 13:21
  • 3420 Baxış
Yaralı erməniləri də xilas edirdik - Ön cəbhədə xidmət edən cərrah

Vətən Müharibəsində xüsusi xidmətləri olan, az itki verməyimiz üçün gecə-gündüz çalışan bir zümrə, görünməyən qəhrəmanlarımız var. Onların bir qismi əsgər kimi döyüşlərə qatılıb, daha böyük bir qismi isə arxa cəbhədə yaralı əsgərlərimizin həyatını xilas etmək üçün var gücləri ilə çalışıblar, neçə-neçə qəhrəmanlarımıza yenidən həyat bəxş ediblər. Vətən Müharibəsində təkcə hərbi həkimlərimiz çalışmadı, həm də dövlət xəstəxanalarında, özəl tibb müəssisələrində çalışan peşəkar həkimlərimiz könüllü olaraq, heç bir təmana güdmədən yaralanmış əsgərlərə istər döyüş bölgəsində, istərsə də paytaxtda xidmət etdilər.

“Medicina” bu böyük zəfərdə payı olan, öz əməliyyat alətləri, respetləri ilə vətənə xidmət edən həkimlərimizi cəmiyyətə tanıtmaq üçün yeni layihəyə start verir.

Bundan sonra oxucularımız “Ağxalatlı döyüşçülər” layihəsində bu səhiyyə işçilərini yaxından tanıyacaq.

Layihənin bu dəfəki qonağı, tanınmış torakal cərrah Cəmil Ələkbərovdur.

Onun Vətən Müharibəsində etdiyi əməliyyatlar, gördüyü hadisələr, ümumiyyətlə həkimlərin bu prosesdə iştirakı ilə bağlı dediklərini videofarmatda təqdim edirik: